Azərbaycanda bu il sənaye istehsalı 37 mlrd. manatı ötüb

Azərbaycanda bu il sənaye istehsalı 37 mlrd. manatı ötüb
# 13 avqust 2024 12:11 (UTC +04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məıumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 8% artmışdır.

Məlumata görə, sənaye məhsulunun 65%-i mədənçıxarma sektorunda, 29,3%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3% azalıb, əmtəəlik qaz hasilatı isə 6,4% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR