Azərbaycanda əmtəəlik səmt qazı istehsalı azalıb

Azərbaycanda əmtəəlik səmt qazı istehsalı azalıb
# 18 iyul 2024 17:38 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın neft yataqlarından 7 444,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 3,1% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 1 829,45 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 4,1% azdır.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın neft yataqlarından 15 085,96 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,2% azdır. Ötən il Azərbaycanda istehsal edilən səmt qazının 3 565,2 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 15,75% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR