Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1419,1 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8%, kimya sənayesi məhsullarının istehsalı isə 8,7% artıb.
Qeyd olunur ki, kimya sənayesi məhsullarından karbamid istehsalı 71,4%, metanol istehsalı 12,7%, azot istehsalı 1,2%, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 3 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 55,7%, polietilendən kisə və çantalar istehsalı 35,3%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı isə 24,2% artıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar- avqust aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətə, faizlə |
01.09.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Kimya sənayesi məhsulları |
|||
Təsirsiz qazlar, min kub metr |
29254,9 |
88,9 |
79,6 |
ondan: |
|
|
|
azot, min kub metr |
15 927,5 |
101,2 |
76,0 |
Lak-boya məmulatları, ton |
25 345,8 |
105,3 |
450,5 |
Qeyri-üzvi kimyəvi maddələr, ton |
21 810 |
120,4 |
5 750 |
ondan: |
|
|
|
yod, ton |
133,8 |
95,7 |
7,3 |
Üzvi kimyəvi maddələr, min ton |
627,7 |
98,9 |
24,0 |
ondan: |
|
|
|
etilen, min ton |
100,3 |
87,4 |
1,4 |
propen (propilen), min ton |
94,0 |
90,6 |
0,8 |
metanol (metil spirti), min ton |
342,6 |
112,7 |
13,8 |
Etil spirti, min dkl |
39,9 |
123,9 |
8,6 |
Gübrə və azot birləşmələri, min ton |
418,4 |
171,3 |
48,5 |
ondan: |
|
|
|
karbamid, min ton |
418,3 |
171,4 |
48,4 |
İlkin formada plastik kütlə, min ton |
190,4 |
87,7 |
24,0 |
ondan: |
|
|
|
polietilen, min ton |
94,2 |
83,6 |
12,1 |
Yapışqan və yapışdırıcı maddələr, min ton |
75,9 |
100,5 |
4,8 |