Azərbaycanda may ayında gündəlik neft hasilatı 76 min tonu keçib

Azərbaycanda may ayında gündəlik neft hasilatı 76 min tonu keçib
# 12 iyun 2024 11:30 (UTC +04:00)

2024-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR