Azərbaycanın energetika naziri Əlcəzairdə səfərdədir

Azərbaycanın energetika naziri Əlcəzairdə səfərdədir
# 02 mart 2024 09:27 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib. Nazir martın 2-də paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, ölkəmiz GECF-də müşahidəçi üzv qismində təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR