Azərbaycanın iştirakı ilə reallaşacaq yaşıl enerji dəhlizləri müzakirə edilib

Azərbaycanın iştirakı ilə reallaşacaq yaşıl enerji dəhlizləri müzakirə edilib
# 16 sentyabr 2024 10:10 (UTC +04:00)

Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) energetika nazirlərinin 4-cü iclasında təşkilatın qlobal arenada önəmli güc mərkəzinə çevrilməsi istiqamətində strateji tərəfdaş və müttəfiq olan ölkələr arasında dinamik inkişaf edən enerji əməkdaşlığı və birgə həyata keçiriləcək regional enerji layihələrinin rolu müzakirə edilib.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

““Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Qazaxıstan-Özbəkistan” və Naxçıvan üzərindən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerj dəhlizləri layihələrini türk dövlətlərinin enerji tərəfdaşlığı və Avrasiyada enerji keçidi müstəvisində dəyərləndirdik”, - paylaşımda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR