Azərbaycanın neft-qaz sektoruna bu il 1,3 mlrd. manatdan artıq vəsait yönəldilib

Azərbaycanın neft-qaz sektoruna bu il 1,3 mlrd. manatdan artıq vəsait yönəldilib
# 15 aprel 2024 15:59 (UTC +04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 351 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 2,7% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR