Azərbaycanın neft-qaz sektoruna bu il 3 mlrd. manata yaxın vəsait yönəldilib

Azərbaycanın neft-qaz sektoruna bu il 3 mlrd. manata yaxın vəsait yönəldilib
# 15 iyul 2024 15:26 (UTC +04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın neft-qaz sektoruna 2 996,2 mln. manat həcmində vəsait yönəldilib.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 4,5% artıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisinə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR