"Azəriqaz" Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib - FOTO

"Azəriqaz" Gəncə Cihazqayırma Zavoduna media tur təşkil edib - FOTO
# 23 may 2025 09:53 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyinin təşkilatçılığı ilə Gəncədə cihazqayırma zavoduna media tur təşkil edilib.

APA-nın yerli bürosunun məlumatına görə, media turda "Azərqaz"ın əməkdaşları,cihazqayırma zavodunun nümayəndələri və media mənsubları iştirak ediblər. Media nümayəndələri cihazqayırma zavodunun istehsalı ilə yaxından tanış olublar. Burada istehsal olununan qaz, su sayğacları, həmçnin məişət cihazları haqqında məlumat verilib, "Gəncə Cihazqayırma Zavodu"nda istehsal olunan sayğacların laboratoriya və istismar sahələrinə baxış keçirilib.

Zavodun baş mühəndisinin müavini Vasif Rəhimov juranlistlərə bildirib ki, Gəncə cihazqayırma zavodunda istehsal olunan su sayğacları bu gün ölkənin su təchizatında geniş istifadə olunur və öz etibarını qazanıb:

"Zavodumuz enerji resuslarının ölçülməsi vasitələrinin istehsalı sahəsində ixtisaslaşıb. Fəaliyyətə 2002-ci ildən su sayğacarının istehsalı ilə başlayan zavod öz etibarını əyani şəkildə sübüt edib. 2023-cü ildə SOCAR rəhbərliyi müasir düşüncəli kadrların gəlməsi ilə ölkəmizdə əvvələr idxal olunun məhsulların yerli istehsalının inkişafı üçün yüksək diqqət yetirildi. Qısa müddət ərzində gördüyünüz kimi yeni sexlər inşa edilib. Müasir texnoloji avadanlıqlar alınaraq zavoda quraşdırılıb. Zavodda illik istehsal həcimi 500 minə yaxındır. Zavod işə başlayanda illik həcm 300 minə yaxın idi".

"Gəncə Cihazqayırma Zavodunda istehsal olunan (500 minə yaxın) qaz sayğaclarında bu günə qədər problem olmayıb".

Bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, 2023-cü ildə Gəncə Cihazqayırma Zavodu Azəriqaz İstehsalat Birliyinə qaz sayğaclarının satışını təmin etməyə başlayıb. İlkin olaraq 2000 yaxın qaz cihazı təqdim olunub:

"Bu qaz cihazları təqdim olunandan sonra sayğaclarda heç bir ciddi problem yaşanmayıb. Bundan sonra Gəncə Cihazqayırma Zavodi ilə “Azəriqaz” İstehsalat Birliyi əməkdaşlığa start verib. Artıq Bakı Abşeron daxil olmaqla Azərbaycanın istənilən regionlarında Gəncə Cihazqayırma Zavodunun sayğacları tədbiq olunub. Hələki heç bir ciddi problem yaşamırıq. Yəqin ki, bundan sonrada problem olmayacaq. Tələbatın artamağını nəzərə alaraq gələcəkdə də Gəncə Cihazqayırma Zavodunun istehsal gücünün artması gündəmdir.

Sonra media nümayəndələri zavodda hazırlanan məişət cihazlarının hazırlanma prosesini izləyiblər. Daha sonra jurnalistlərə zavodun fəaliyyətindən danışılıb. Bildirilib ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması məqsədilə 2021-ci ilin noyabr ayının 4-də SOCAR “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının “Azəriqaz” tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulub. Memorandum çərçivəsində ilkin olaraq 2000 ədəd qaz sayğacının “Azəriqaz” İB-yə təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda “Azəriqaz”ın qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında SOCAR “Azəriqaz” İB-nin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlanıb. “Azəriqaz” ilə zavod arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulub:

- Sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığının azalması; Yəni qaz sayğaclarının alqı-satqısının yerli istehsalla həyata keçirilməsi;
- Yerli sahibkarlığın inkişafına dəstəyin verilməsi;
- Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısının alınması;
- Şəffaflığın təmin edilməsi;
- Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasının təmin edilməsi.

Qeyd edək ki, “Gəncə Cihazqayırma Zavodu” enerji resurslarının ölçülməsi vasitələrinin istehsalı sahəsində ixtisaslaşıb. 2023-cü ildən etibarən Zavodda məişət qaz sayğaclarının istehsalına start verilib. Bu da əvvəllər idxal olunan məhsulların yerli istehsalla əvəzlənməsinə təkan verib. Zavodda yeni istehsalat sexləri inşa edilib, müasir texnoloji avadanlıqlar quraşdırılıb, qaz sayğaclarının mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Paralel olaraq, bu sahədə çalışacaq mütəxəssislər də yetişdirilib. 2024-cü ildən etibarən respublikanın qaz təsərrüfatına 400 mindən çox termokompensatorlu mexaniki qaz sayğacı və 300-ə yaxın qaz ölçü qovşağı təhvil verilib. Yeni tipölçülü sayğaclar, o cümlədən G6 tipli və “smart” sayğaclar mənimsənilərək istehsala daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR