BP: BTC Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır

BP: BTC Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır
# 30 noyabr 2023 15:12 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) dünya okeanına çıxışı olmayan Xəzər regionundan neft ehtiyatlarını ixrac edən əsas arteriyadır.

"APA-Economics" xəbər verir ki, bu barədə BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Sənaye Təhlükəsizliyi Zirvəsində çıxış edərək bildirib.

Onun sözlərinə görə, BTC istər Azərbaycan, istər isə Qazaxıstan və Türkmənistan neftinin dünya bazarlarına çatdıran vacib və ciddi infrastruktur obyektidir.

Tədbirdə çıxış edən "SOCAR Downstream Management" MMC-nin baş direktoru Emil Alxaslı qeyd etdi ki, Xəzər regionu ölkələri arasında Azərbaycan neftinin tərkibində daha az kükürd var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR