BP TAP kəmərində qeyri-nəzarət payını satır

BP TAP kəmərində qeyri-nəzarət payını satır
# 16 sentyabr 2024 15:56 (UTC +04:00)

Azərbaycanın bir sıra neft-qaz layihələrinin iştirakçısı olan BP “bp Pipelines TAP Limited” törəmə şirkətində qeyri-nəzarət payının “Apollo” şirkətinə satılması ilə bağlı razılaşma əldə olunduğunu elan edib.

APA-Economics”in BP-yə istinadən verdiyi məlumata görə, razılaşmanın dəyəri 1 mlrd. dollar təşkil edir.

Qeyd olunur ki, “bp Pipelines TAP Limited” şirkəti Trans-Adriatik qaz kəmərində 20% paya sahibdir.

Bildirilir ki, sövdələşmə tamamlandıqdan sonra BP “bp Pipelines TAP Limited” şirkətinin nəzarət səhmdarı olaraq qalacaq.

Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.

Hazırda TAP-ın səhmdarları bunlardır: BP - 20%, SOCAR (CQD) - 20%, “Snam S.p.A.” - 20%, “Fluxys” -20%, “Enagás” -20%.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR