Bu il “Şahdəniz”dən qazın ixracı artıb

Bu il “Şahdəniz”dən qazın ixracı artıb
# 15 aprel 2024 13:33 (UTC +04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 133,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,2% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 50,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 5 582,1 mln. kubmetr qaz ötürülüb (1,28%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub.

Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR