COP28 ənənəvi enerji daşıyıcıların sonunun başlanğıcı ola bilər

COP28 ənənəvi enerji daşıyıcıların sonunun başlanğıcı ola bilər
# 09 dekabr 2023 12:55 (UTC +04:00)

Avropa İttifaqı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının qalıq yanacaqların (ənənəvi enerji daşıyıcıları - red.) sonunun başlanğıcı olacağını gözləyir.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu iqlim fəaliyyəti üzrə Avropa komissarı Vopke Hukstra (Wopke Hoekstra) Avropa İttifaqı adından COP28-in yüksək səviyyəli seqmentində çıxış edərək deyib.

"Mən tərəflərin bu konfransının qalıq yanacaqların sonunun başlanğıcı olmasını istəyirəm. Bunlar sadəcə sözlər deyil, sadəcə bəyannamələr deyil - elm bunu tələb edir, uşaqlarımız buna layiqdir”, - Vopke Hukstra qeyd edib.

Dekabrın 8-də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi qalıq yanacaqlarının gələcəkdə istifadəsi üçün bir neçə variantı, o cümlədən onlardan mərhələli şəkildə imtina olunması ilə bağlı müddəaları özündə əks etdirən COP28 yekun sənədinin layihəsini yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR