Dövlət əmlaklarının qiymətləri sərbəst şəkildə müəyyənləşdiriləcək

Dövlət  əmlaklarının qiymətləri sərbəst şəkildə müəyyənləşdiriləcək
# 09 sentyabr 2024 18:01 (UTC +04:00)
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilib.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilərək, dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi xidməti dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst şəkildə müəyyənləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR