Dünya Bankı: Dekarbonizasiya tədbirlərinə 2060-cı ilədək 44 mlrd. dollar tələb olunacaq

Dünya Bankı: Dekarbonizasiya tədbirlərinə 2060-cı ilədək 44 mlrd. dollar tələb olunacaq
# 29 noyabr 2023 10:02 (UTC +04:00)

Aşağı karbon emissiyalı iqtisadiyyata keçidi təmin etmək üçün Azərbaycana öz iqtisadiyyatını faydalı qazıntı yanacaqlarından uzaqlaşmaq və özəl kapitaldan və “nou-haudan” istifadə etmək əlverişli olacaq, lakin bunun üçün vaxt vacib amildir.

APA-Economics” xəbər verir ki, bunu deyə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Ivana Fernandes Duarte bildirib.

Qeyd etmək lazımdır ki, bu gün Dünya Bankı Qrupunun Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatında (CCDR) dərc olunub.

“Bu hesabatda qeyd olunan imkanlardan istifadə ölkəyə gələcək yönümlü iqtisadiyyat qurmaqda və əhalini iqlim dəyişikliyindən qorumaqda kömək edəcək”, - Ivana Fernandes Duarte qeyd edib.

Hesabata əsasən, dekarbonizasiya və dayanıqlılıq tədbirləri üçün qlobal iqtisadiyyatın “xalis sıfır” emissiyalara keçid alacağı gözlənilən 2060-cı ilədək təxminən 44 mlrd. ABŞ dolları və ya ÜDM-in təxminən 3,2%-i həcmində böyük investisiyalar tələb olunacaq. Bu xərclərin əhəmiyyətli bir hissəsi kommersiya və özəl sektorun maliyyələşdirilməsi hesabına təmin olunmalıdır.

“Hökumətin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında yer almış tədbir kimi faydalı qazıntı yanacağına tətbiq olunan subsidiyaların tədricən, lakin davamlı şəkildə dayandırılması, xüsusilə də əhalinin ən yoxsul qruplarını qorumaq üçün ünvanlı sosial müdafiə tədbirləri ilə müşayiət olunarsa, sözü gedən keçidə nail olmaq baxımından əsas amillərdən biri olacaqdır”, - hesabatda bildirilir.

Hesabatda Azərbaycan üçün dayanıqlı və xalis sıfır emissiyalı inkişafın təmin edilməsi üçün strateji yol xəritəsi müəyyən edilmişdir.

Qeyd olunur ki, Azərbaycan zəngin bərpa olunan enerji resursları, külək və günəş enerjisinə malikdir və onlar ixrac məqsədli “yaşıl hidrogen” və elektrik enerjisi istehsal etmək və enerji istehsalı, sənaye və nəqliyyat sahələrində daxili məqsədlər üçün istifadə edilə olar. Bunun üçün, elektrik enerjisi infrastrukturuna əhəmiyyətli dövlət sərmayəsi və bərpa olunan enerji istehsalına özəl sərmayə tələb olunacaq ki, bu da dövlət-özəl tərəfdaşlıq (PPP) vasitəsilə də təmin edilə bilər.

Enerji səmərəliliyi hökumətin prioritetlərindən biridir və bu istiqamətdə səylər ictimai və özəl binalarda, eləcə də nəqliyyat sektorunda enerji səmərəliliyinin artırılması proqramını əhatə etməlidir. Yanacaq səmərəliliyi və emissiyalarla bağlı standartların sərtləşdirilməsi, elektriklə işləyən nəqliyyat vasitələrinin istifadəsi, vergi güzəştləri və maliyyə dəstəyi proqramları əhali və kommersiya istifadəçiləri tərəfindən enerji səmərəliliyini stimullaşdırmaqla bağlı kompleks təkliflərin bir hissəsinə çevrilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR