Dünyada neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ

Dünyada neft hasilatının artım tempi gələn il sürətlənəcək - PROQNOZ
# 12 sentyabr 2024 13:18 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft hasilatınının artım tempi üzrə proqnozunu azaldıb, gələn il üçün isə artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, bu il gündəlik qlobal neft tədarükü 102,93 mln. barel təkil edəcək ki, bu da 2023-ci ilin göstəricisi – 102,27 mln barel (öncəki qiymətləndirməyə əsasən – 102,2 mln barel), ilə müqayisədə 660 min barel çoxdur (öncəki proqnoz – 730 min barel).

Agentliyin proqnozuna əsasən, gələn il gündəlik qlobal neft hasilatı 105 mln. barel səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 120 min barel çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR