Etilen-polietilen zavodu ərazisində baş verən hadisə ilə bağlı məlumat yayıb

Etilen-polietilen zavodu ərazisində baş verən hadisə ilə bağlı məlumat yayıb
# 20 may 2025 14:59 (UTC +04:00)

20 may 2025-ci il tarixində saat 12:00 radələrində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda istehsalatın sintez sahəsində, B texnoloji xəttində aşağı təzyiq ayrıcısında reqlamentə uyğun təmir işi apararkən hadisə baş verib.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Etilen-polietilen zavodundan bildirilib.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb, 2 nəfər ambulator xidmət göstərilərək eve buraxılıb. Xəsarət alan 3 şəxs xəstəxanaya yerləşdirilib.

"Hadisənin başvermə səbəbi araşdırılır", - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR