IEA qlobal neft təklifi üzrə proqnozunu artırıb

IEA qlobal neft təklifi üzrə proqnozunu artırıb
# 17 iyun 2025 12:37 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft təklifinin artım tempi üzrə proqnozunu artırıb.

Bu barədə “APA-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, bu il gündəlik qlobal neft tədarükü 1,8 mln. barel artaraq (öncəki proqnoz – 1,61 mln. barel) 104,9 mln. barel təşkil edəcək.

Hesabatda qeyd olunur ki, 2026-cı ildə gündəlik qlobal neft təklifinin artım tempinin 1,1 mln. barel olacağı ehtimal olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR