Nazir: Azərbaycan-Britaniya münasibətləri strateji tərəfdaşlığa əsaslanır

Azərbaycanın energetika naziri Pərviz Şahbazov

© APA | Azərbaycanın energetika naziri Pərviz Şahbazov

# 12 iyun 2024 19:58 (UTC +04:00)

Azərbaycan və Britaniya arasında münasibətlər strateji tərəfdaşlığa, qarşılıqlı etimada əsaslanır.

APA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniya Kralı III Çarlzın doğum günü ilə bağlı tədbirdə çıxışında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərin dərinləşməsinə və şaxələnməsinə böyük önəm verir: “Böyük Britaniya 35.9 milyard dollardan çox sərmayə ilə Azərbaycanda ən böyük xarici investordur.

Bu ilin ilk üç ayında iki ölkə arasında ticarət dövriyyəsi 16 faiz artıb.

Azərbaycan və Böyük Britaniya arasında enerji sektorunda iş birliyi qlobal enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır.

Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan ümumavropanın enerji təchizatçısı statusuna yüksəlib.

Azərbaycanın yaşıl enerjiyə keçid üzrə Britaniya ilə birgə fəaliyyəti əməkdaşlığımızı şaxələndirir”.

Nazir vurğulayıb ki, əməkdaşlıq və tərəfdaşlıq sazişinin yaxın zamanda imzalanması vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR