Neft Fonduna indiyədək 193 mlrd. dollar vəsait daxil olub

Neft Fonduna indiyədək 193 mlrd. dollar vəsait daxil olub
# 08 dekabr 2023 17:07 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti müddətində gəlirlərinin həcmi 192,7 mld. ABŞ dolları təşkil edib.

Bu barədə “APA-Economics” Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəyə istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövrü Fondun xərcləri 137,2 mld. ABŞ dolları səviyyəsində olub.

Rəydə qeyd olunur ki, Fondun dövlət büdcəsinə transfertin həcmi isə 120,3 mld. ABŞ dolları və ya ümumi xərclərin 87,7%-ni təşkil edib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR