“ONGC Videsh” “Equinor”dan AÇG və BTC layihələrində pay alır

“ONGC Videsh” “Equinor”dan AÇG və BTC layihələrində pay alır
# 19 iyul 2024 16:59 (UTC +04:00)

Hindistanın “ONGC Videsh” şirkəti Azərbaycandakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqları blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində (BTC) öz payını artırılması məqsədi ilə Norveçin “Equinor” şirkəti ilə 60 mln. dollarlıq yekun alqı-satqı müqaviləsi imzalayıb.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, “ONGC Videsh” AÇG-də 0,615% və “BTC Co” şirkətinin 0,737% səhmlərini özünün bütövlükdə törəmə şirkəti “ONGC BTC” vasitəsilə əldə edəcək.

Qeyd olunur ki, 60 milyon dollar dəyərində satınalmaların yaxın aylarda tamamlanacağı gözlənilir. Bu, “ONGC Videsh”in AÇG yatağında mövcud 2,31% iştirak payına və BTC boru kəmərində 2,36% paya əlavədir.

Xatırladaq ki, ötən ilin dekabrinda SOCAR tərəfindən AÇG, “Qarabağ” yataqları, həmçinin BTC layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. İştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

Qeyd edək ki, “Equinor” şirkətinin Azərbaycanda aktivlərinin SOCAR-a satışı üzrə əqdlərin 2024-cü ildə başa çatdırılacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR