“OPEC+” ölkələrində gələn il neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ

“OPEC+” ölkələrində gələn il neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ
# 14 oktyabr 2024 16:41 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 53,07 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 mln. barel çoxdur.

Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,17 mln. barel olacaq (öncəki proqnoz göstəricisinə bərabərdir), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,11 mln. barel artım deməkdir.

Hesabata əsasən, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR