“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb

“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
# 10 sentyabr 2024 16:38 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 53,07 mln. barel olacağı ehtimal olunur (öncəki proqnoz – 53 mln. barel), bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 mln. barel çoxdur.

Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 54,17 mln. barel olacaq (öncəki proqnoz – 54,1 mln. barel), bu da illik müqayisədə 1,1 mln. barel artım deməkdir.

Hesabata əsasən, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR