Palata: Aşağı neft qiymətləri və hasilatın azalması ARDNF-in aktivlərinə təsir göstərə bilər

Palata: Aşağı neft qiymətləri və hasilatın azalması ARDNF-in aktivlərinə təsir göstərə bilər
# 08 dekabr 2023 16:50 (UTC +04:00)

Neft qiymətlərinin kəskin düşməsi və aşağı qiymətlərin uzun müddət davam etməsi, eyni zamanda hasilatın da azalması fonunda ortamüddətli dövrdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini azaltmaqla aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaradır.

Bu barədə “APA-Economics” Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondun 2024-cü ilin büdcəsinə verdiyi rəydə istinadən xəbər verir.

Sənədə əsasən, 2024-cü il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 4 791,9 mln. ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 089,5 mln. ABŞ dolları və ya ümumi daxilolmaların 85,3%-ni təşkil edəcəkdir.

Qeyd olunur ki, fondun əsas gəlir mənbələrindən olan AÇG üzrə proqnozlaşdırılan hasilatın həcmində əvvəlki illərdə olduğu kimi azalma müşahidə edilir.

AÇG üzrə 2015-2022-ci il faktiki, 2023-2027-ci illər üzrə hasilat proqnozu, mln. barel.:

Xatırladaq ki, 01.10.2023 tarixinə ARDNF-ın aktivləri ilin əvvəlindən 6 482,8 mln. ABŞ dolları və ya 13,2% artaraq 55 516,4 mln. ABŞ dolları təşkil edib. Lakin Fond tərəfindən təqdim edilmiş ilin sonuna gözlənilən icra məlumatlarına əsasən xərclərin tam həcimdə yerinə yetirilməsi şəraitində Fondun aktivlərinin təxminən 53 mlrd. ABŞ dolları ətrafında olması proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR