Paytaxtın 3 rayonunun qaz təchizatında fasilə yaranacaq

Paytaxtın 3 rayonunun qaz təchizatında fasilə yaranacaq
# 29 fevral 2024 08:50 (UTC +04:00)

Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə 29.02.2024-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR