Qazaxıstan artıq neft hasilatını “Kaşaqan”ın hesabına kompensasiya edəcək

Qazaxıstan artıq neft hasilatını “Kaşaqan”ın hesabına kompensasiya edəcək
# 06 sentyabr 2024 11:42 (UTC +04:00)

Qazaxıstan hakimiyyəti “OPEC+” razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində 2024-cü ilin əvvəlindən qeydə alınan neftin artıq istehsalının əhəmiyyətli bir hissəsini Xəzər dənizində yerləşən “Kaşaqan” yatağında aparılan təmir zamanı kompensasiya etmək niyyətindədir.

Bu barədə “APA-Economics” ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir.

“Hökumət “Kaşaqan” yatağında təmirin təxirə salınması ilə bağlı məlumatları təkzib edib. Oktyabr ayında planlaşdırılan təmir müddətində istehsalın əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur. Bu müddət ərzində biz ilin əvvəlindən yığılmış artıq istehsalın əhəmiyyətli həcmini kompensasiya etməyi planlaşdırırıq”, - məlumatda qeyd olunur.

Bildirilir ki, bu məsələ Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysin Qazaxıstana son səfəri və OPEC katibliyinin təşkil etdiyi analitik agentliklərlə görüş zamanı müzakirə edilib.

Məlumata əsasən, Qazaxıstan "OPEC+" razılaşmasına sadiqliyini bir daha təsdiqləyir və OPEC-in qlobal neft bazarının sabitliyinin təmin edilməsində mühüm rolunu anlayır.

“Qazaxıstan öz öhdəliklərini tam yerinə yetirmək və OPEC katibliyinə təqdim edilmiş kompensasiya planına əməl etmək üçün tədbirlər görür”, - mətbuat vurğulanır.

Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR