Xəzər Boru Kəməri Konsorsiumu (CPC) tərəfindən neft qəbuluna qoyulan məhdudiyyətlər səbəbindən, Qazaxıstanın iri yataqlarında hasilat 56% azalıb.
“APA-Economics”in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika nazirinin müşaviri Şınqız İlyasov bildirib:
"Hazırda ölkənin iri yataqlarında hasilatın azalması 56% təşkil edir. Qazaxıstan Respublikasının Energetika Nazirliyində vəziyyətin nə vaxta qədər normallaşa biləcəyi ilə bağlı məlumat yoxdur. Yaxın vaxtda azalma və hasilatın tənzimlənməsi göstəriciləri indiki səviyyədə qalacaq”.
Noyabrın 27-də CPC mətbuat xidməti məlumat yayıb ki, konsorsium fırtına səbəbindən Novorossiysk yaxınlığındakı dəniz terminalında neftin aşırılmasını dayandırıb.