Sabah Nəsimi və Xətai rayonlarının qaz təchizatında fasilə olacaq

Sabah Nəsimi və Xətai rayonlarının qaz təchizatında fasilə olacaq
# 13 iyul 2024 13:59 (UTC +04:00)

Paytaxtın Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar 14.07.2024-cü il tarixdə saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR