"Şahdəniz"dən indiyədək 250 mlrd. kubmetr qaz hasil olunub

"Şahdəniz"dən indiyədək 250 mlrd. kubmetr qaz hasil olunub
# 24 iyun 2025 12:23 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb.

Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, 1999-cu ildə kəşf olunmuş bu yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

Xatırladaq ki, yataqdan ilk qaz hasilatına “Şahdəniz Mərhələ-1” layihəsi üzrə 2006-cı ilin dekabrında, “Şahdəniz Mərhələ-2” layihəsi üzrə 2018-ci ilin iyulunda başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR