Aygün Şükürova və Kənan M.M bal ayını İstanbulda keçirəcək

Aygün Şükürova və Kənan M.M bal ayını İstanbulda keçirəcək
# 18 avqust 2008 12:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Müğənni Aygün Şükürova və rejissor Kənan M.M cütlüyünün başı toy hazırlıqlarına qarışıb. Aygün Şükürova APA-ya açıqlamasında bildirib ki, avqustun 20-də “Oskar” şadlıq sarayında keçiriləcək qız toyunda o, Türkiyədən sifariş etdiyi çəhrayı rəngli gəlinlik paltarı geyinəcək. Toyda 400-ə yaxın qonağın iştirak edəcəyini bildirən müğənni mərasimə Azərbaycan estradasının tanınmış sənətçilərinin əksəriyyətinin dəvət olunduğunu deyib. Toyda Türkiyə sənətçilərinin iştirak etməyəcəyini bildirən Aygün Şükürova bunu onların işinin çoxluğu ilə əlaqələndirib. Cütlük Türkiyədəki qonaqlar üçün İstanbulda ayrıca toy mərasimi düzənləmək fikrindədir: “Avqustun 25-də oğlan toyunu keçirdikdən sonra İstanbula gedəcəyik. Orada həm bal ayı keçirəcəyik, həm də dostlarımız üçün ayrıca bir toy mərasimi təşkil edəcəyik. Həmin mərasimi İstanbulun seçilən məkanlarından birində keçirmək niyyətindəyik”. Həm qız, həm oğlan toyunda bir çox sürprizlərin olacağını bildirən müğənni, məxsusi həyat yoldaşı üçün mahnı ifa etməyi də düşünür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR