Mahsun Qırmızıgül sentyabrın 14-də Bakıda konsert verəcək

Mahsun Qırmızıgül sentyabrın 14-də Bakıda konsert verəcək
# 23 avqust 2008 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış müğənnisi Mahsun Qırmızıgül Bakıda növbəti konsert proqramı ilə çıxış edəcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilməsi nəzərdə tutulan konsert proqramı sentyabrın 14-də baş tutacaq. Yaşıl Teatrdan APA-ya bildirilib ki, artıq sənətçi ilə danışıqlar aparılıb və konsertin günü müəyyənləşib. Yaşıl Teatrın rəhbərliyinin təşkilatçılığı ilə keçiriləcək konsertin biletlərinin qiyməti hələ ki dəqiqləşdirilməyib. Məlumatda bildirilib ki, türkiyəli sənətçi bu konsertdə xüsusi proqram nümayiş etdirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR