Türk müğənnilərinin iştirakı ilə keçiriləcək “2008-ci il - Payız festivalı”nın biletləri artıq satışdadır

Türk müğənnilərinin iştirakı ilə keçiriləcək “2008-ci il - Payız festivalı”nın biletləri artıq satışdadır
# 08 sentyabr 2008 13:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 14-dən 21-dək Bakıda ilk dəfə olaraq türk müğənnilərinin iştirakı ilə “2008-ci il - Payız festivalı” keçiriləcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq konsertlərin biletləri artıq satışdadır. Yaşıl Teatrdan APA-ya bildirilib ki, sentyabrın 14-də Mahsun Qırmızıgül, 18-də İsmayıl YK, 21-də Özcan Dənizin konsertləri üçün biletlərin qiyməti 60-220 manat, 17-də Kibariyə və 20-də İzzət Yıldızxanla Devrim Erdenin konsertlərinin biletlərinin qiyməti isə 50-170 manat arasındadır. Layihənin təşkilatçılarından olan “Azəri Star Production”un rəhbəri Kamal Ceng İçten APA-ya bildirib ki, biletlər Yaşıl Teatr, Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında və Mərkəzi Univermaqda satılır. “Payız festivalı”nda iştirak edəcək sənətçilərin hər biri üç gün Bakıda olacaq. Konsert proqramına M. Qırmızıgül 20, İsmayıl YK 10, İzzət Yıldızxan 22, Özcan Dəniz isə 23 nəfərlik heyətlə gələcəklər.
Qeyd edək ki, festivala informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR