Alla Puqaçova: “Maksim Qalkinlə evlənməmişik”
15 sentyabr 2008 14:18 (UTC +04:00)
Moskva-APA. Rusiya estradasının ulduzu Alla Puqaçova yaxın günlərdə şoumen Maksim Qalkinlə ailə quracağı barədə xəbərləri təkzib edib. APA-nın məlumatına görə, sənətçini bu addımı atmağa Moskva patriarxlığının yepiskopu Mark Yeqorevskinin açıqlaması vadar edib. 1994-cü ildə kilsədə Alla Puqaçova ilə Filipp Kirkorovun kəbinini kəsən din xadimi sənətçinin Maksim Qalkinlə ailə qurmağa hazırlaşması barədə xəbərə sərt reaksiya verib: “Alla Borisovna növbəti azyaşlı uşaqla nikaha girməkdənsə, tövbə etmək haqqında düşünsə, yaxşıdır”. Alla Puqaçova yenidən evlənəcəyi barədə xəbərləri sarı mətbuatın uydurması adlandırıb: “Bəzi qəzetlər mənim həyatım, Maksim Qalkinlə ailə həyatı quracağım haqqında uydurmalar yazırlar. Mən yox, həmin mətbuat orqanları tövbə etməlidir. İnanmıram ki, hansısa din xadimi məni günahlarımı tövbə etməyə çağırsın, çünki tövbəyə vadar edəcək heç bir günah işlətməmişəm. Əgər ərə getmək istəsəydim, bunu hər kəsdən əvvəl mənim dilimdən eşidərdiniz. Bir daha bəyan edirəm ki, Maksimlə nə kəbin kəsdirməyə, nə də evlənməyə hazırlaşmıram. Biz sadəcə bir yerdə yaşayır və həyatdan ləzzət alırıq. Başqaları isə insanların beyninə belə bir fikir yeritməyə çalışır ki, guya mən yüngül əxlaqlı, erotik hisslərə qapalı həyat keçirən qadınam. Kimsə öz həyatını başqasının ayağına yazmaq istəyir”.
Şou-biznes
İsveçrəli müğənni: Azərbaycan tanımaq istədiyim ölkələrdən biridir - MÜSAHİBƏ
12:06
17 sentyabr 2024
Məşhur amerikalı prodüserə qarşı cinsi zorakılıqla bağlı yeni ittihamlar irəli sürülüb
19:32
12 sentyabr 2024
Alla Puqaçova valideynlik hüququndan məhrum edilə bilər
13:58
6 sentyabr 2024
“Avroviziya 2025”in keçiriləcəyi şəhər məlum olub
12:50
30 avqust 2024