Nərgiz Hüseynli bu həftə “Popstar Alaturka”da “Qarabağ”ı oxuyacaq

Nərgiz Hüseynli bu həftə “Popstar Alaturka”da “Qarabağ”ı oxuyacaq
# 26 sentyabr 2008 13:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin “Star” televiziyasında yayımlanan “Popstar Alaturka” yarışmasında Azərbaycanı təmsil edən Nərgiz Hüseynli bu həftə “Qarabağ” mahnısını ifa edəcək. Bu barədə APA-ya məlumat verən N. Hüseynli hazırda çıxışa hazırlaşdığını deyib: “Qarabağımızdan bəhs edən mahnını yüksək səviyyədə təqdim etməyə çalışacağam. Bu mahnıdan sonra vətənimdən gələn SMS-lərin sayının artacağına inanıram. Bu həftə daha ön sıralarada olacağıma əminəm”. N. Hüseynli bu həftə onu dəstəkləmək üçün Azərbaycandan 40 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyəyə gedəcəyini də vurğulayıb. Nümayəndə heyətinin tərkibində “Azeri star production”ın rəhbəri Kamal Cenk İçtən də var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR