Səhhəti pisləşən Adnan Şenses İstanbul “Memorial” xəstəxanasına aparılıb

Səhhəti pisləşən Adnan Şenses İstanbul “Memorial” xəstəxanasına aparılıb
# 10 oktyabr 2008 15:11 (UTC +04:00)
İstanbul-APA. Tanınmış türk sənətçisi Adnan Şensesin səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, evinin hamamında qəfil yıxılan sənətçi təcili olaraq İstanbul “Memorial” xəstəxanasına aparılıb. Xəstəxananın yaydığı rəsmi məlumata görə, sənətçi bura ardıcıl mədə bulantısı və qusma sindromları ilə gətirilib və həkim nəzarətinə götürülüb: “Səkkiz ilə əvvəl koronar-şuntlama əməliyyatı keçirən və 2005-ci ildə qəlb damarlarının tıxanması təhlükəsi aradan qaldırmaq üçün xüsusi əməliyyat keçirən Adnan Şensesin vəziyyəti hazırda normaldır. Ürək-damar sistemindəki problemləri aradan qaldırmaq üçün sənətçi bir müddət xüsusi nəzarət altında saxlanacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR