İbrahim Tatlısəs həbs olunub

İbrahim Tatlısəs həbs olunub
# 16 oktyabr 2008 10:03 (UTC +04:00)
İstanbul-APA. İstanbulun Bakırköy qəsəbəsində gizli qumarxanalardan birinə polis basqını zamanı 17 nəfər, o cümlədən sənətçi İbrahim Tatlısəs həbs olunub. APA-nın məlumatına görə, Bakırköy Asayiş Bürosunun polisləri bu gecə gizli qumar oynandığı iddia edilən kafeyə basqın edib. Basqın zamanı həbs olunan şəxslər sırasında sənətçi İbrahim Tatlısəs də olub. Həbs olunanlar polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR