Türkiyənin tanınmış sənətçisi Ebru Gündəş Bakıda konsert verib

Türkiyənin tanınmış sənətçisi Ebru Gündəş Bakıda konsert verib
# 27 noyabr 2008 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Ebru Gündəş dünən Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, konsert nəzərdə tutulduğundan yarım saat sonra, saat 19.30-da başlayıb. Şəxsi musiqiçilərinin müşayiəti ilə konsertə başlayan Ebru Gündəş bütün albomlarından ən hit mahnılarını oxuyub. Üç mahnı ifa edəndən sonra sənətçi tamaşaçıları salamlayaraq onlara unudulmaz bir gecə yaşadacağını deyib: “Mən bu günü düz 11 il gözləmişəm. Bu gün sizinlə 11 illik həsrətə son qoyuram və bu qədər fasilə bir də olmayacaq”.
Tamaşaçılar isə E. Gündəşə olan sevgilərini gül dəstələri verib şəkil çəkdirməklə bildiriblər. Müğənni ona yaxınlaşan və gül dəstəsi verən hər bir tamaşaçı ilə şəkil çəkdirib. Konsertin birinci hissəsində pərəstişkarları ilə görüşən E. Gündəş bütün salonu gəzib. Konsertdə Türkiyədə keçirilən “Popstar Alaturka” yarışmasının iştirakçısı olmuş azərbaycanlı müğənni Aygün Şükürova E. Gündəşlə “Qaçaq” mahnısını ifa edib.
E. Gündəş A. Şükürovanın gözəl səsinin olduğunu, onu çox istədiyini bildirib. Müğənni bir neçə Azərbaycan mahnısı da ifa edib. Azərbaycanda qalmaq istəyini dilə gətirən sənətçi, “bəlkə mən də burada ev alım və Bakıda qalım” deyib.
E. Gündəş Bakılı pərəstişkarları qarşısında saat 22:30-a kimi canlı ifa edib.
Konsertdən sonra media mənsubları ilə görüşən sənətçi jurnalistləri maraqalnadıran sualları da cavabandırıb: “Azərbaycan tamaşaçılarının qonaq sənətçiyə hər zamankı isti münasibəti olub. Bundan sonra gəlişim daha tez-tez olacaq. Üç gün burda qalacam, Bakını gəzəcəyəm. Bu müddət ərzində Bakıda özünə iş quran həmkarım Çeliklə də görüşəcəyəm”.
Qeyd edək ki, konsert “Art community”nin təşkialtçılığı ilə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR