Sevda Ələkbərzadə Avropa turnesinə çıxacaq

Sevda Ələkbərzadə Avropa turnesinə çıxacaq
# 14 aprel 2009 16:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist Sevda Ələkbərzadə 21-27 aprel tarixlərində Avropa ölkələrinə turneyə çıxacaq. S. Ələkbərzadənin APA-ya verdiyi məlumata görə, sənətçi Berlində, Biefelddə, Frankfurtda və Lüksemburqda konsert proqramı ilə çıxış edəcək. S. Ələkbərzadə Avropa turnesinə öz musiqiçiləri ilə birgə gedəcək. Musiqiçi heyətində Natiq Şirinov (nağara), Saleh Məmmədov (bas-gitara), Malik Mansurov (tar, ud), Şirzad Fətəliyev (balaban, zurna), Vaqif Əliyev (zərb alətləri) və pianoçu Elçin Şirinov təmsil olunacaqlar. Müğənninin bildirdiyinə görə, onun səhnə geyimi modelyer Fəxriyyə Xələfovaya məxsus olacaq. S. Ələkbərzadə Frankfurtda həmçinin öz solo albomunun təqdimatını keçirəcək. Bu albom sənətçinin Almaniyanın “Network Medien” musiqi şirkəti ilə imzaladığı müqavilə əsasında hazırlanıb. Bu S. Ələkbərzadənin sözügedən şirkət tərəfindən hazırlanan ikinci diskidir. Sənətçi bildirib ki, həm təqdimat mərasimi, həm də konsertləri başa çatdıqdan sonra həmin albomun Bakıda da təqdimatını keçirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR