Samir Piriyev Bakıda Zərrin Özərlə birgə konsert verəcək

Samir Piriyev Bakıda Zərrin Özərlə birgə konsert verəcək
# 21 aprel 2009 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. TRT-nin keçirdiyi “Sən türkülərini söylə” yarışmasında Azərbaycanı təmsil edən gənc müğənni Samir Piriyev Bakıda ilk solo-konsertə hazırlaşır. S. Piriyev APA-ya bildirib ki, bu ilin mayında keçirilməsi nəzərdə tutulan konsertdə onu Türkiyədən gələcək orkestr və ansambl müşayiət edəcək. S. Piriyev konsertdə Türkiyənin məşhur sənətçisi Zərrin Özərin iştirakının gözlənildiyini də açıqlayıb: “Konsertdə həm türk, həm də Azərbaycan mahnıları ifa olunacaq. Hələ ki konsertin məkanı məlum deyil. Ancaq Zərrin Özərin Bakıya gələcəyi bəllidir. Konsertdə Zərrin xanımla birgə çıxış edəcəyik. Sadəcə, onu deyə bilərəm ki, bu konsert digərlərindən çox fərqlənəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR