Valeri Meladze Bakıda konsert verib- FOTOSESSİYA

Valeri Meladze Bakıda konsert verib- <font color=red>FOTOSESSİYA</font>
# 05 dekabr 2009 07:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Dekabrın 4-də Bakıda Heydər Əliyev Sarayında Rusiya estradasının ulduzu Valeri Meladzenin konserti keçirilib. APA-nın məlumatına görə, tamaşıçıları Azərbaycan dilində salamlayan V. Meladze Bakıda bir neçə dəfə olduğunu bildirib. Köhnə və təzə repertuarından lirik və şən mahnılarını ifa edən müğənni “Sera”, “Parallelniye”, “Salyut, Vera”, “Sto şaqov nazad”, “Bez suyetı”, “Saxara ne nado”, həmçinin özünün doğma gürcü dilində populyar mahnılarını oxuyub.
V. Meladze tamaşaçıların istədikləri mahnıları ifa edib, həmçinin Azərbaycan xalqının şərəfinə badə qaldırıb: “Azərbaycana gələndə mən özümü artıq gəlmə deyil öz evimdəki kimi hiss edirəm. Bu şərab badəsini isə mən Azərbaycan xalqının şərəfinə qaldırıram – sizə daim sülh və əminamanlıq, can sağlıqı və uğurlar arzu edirəm”.

İki saat davam edən konsert boyunca tamaşaçılardan gül dəstələri alan müğənni onlara avtoqraf paylayıb. Tamaşaçılardan biri isə özünün çəkdiyi portretini müğənniyə hədiyyə verib.
Qeyd edək ki, V.Meladze Bakıya iki günlük səfərlə gəlib və artıq bu gün müğənni şəhərlə yaxından tanış olacaq.

Xatırladaq ki, V.Meladze 1965-ci ilin iyunun 23-də Gürcüstanın Batumi şəhərində anadan olub. Müğənninin incəsənət fəaliyyəti 1983-cü ildən etibarən başlayıb. V.Meladze bir sıra musiqi qruplarında oxuyub. Əsasən qardaşı - bəstəkar və şair Konstantin Meladzenin hazırladığı mahnıları ifa edən V.M eladze Rusiyanın 10 ən populyar müğənnilər siyahısana daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR