“Eurovision-2010”da Türkiyəni ya Əmrə Aydın, ya Şəbnəm Fərah, ya da “Manqa” təmsil edəcək

“Eurovision-2010”da Türkiyəni ya Əmrə Aydın, ya Şəbnəm Fərah, ya da “Manqa” təmsil edəcək
# 21 dekabr 2009 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin “Eurovision-2010” mahnı müsabiqəsindəki təmsilçisinin adı yaxın günlərdə açıqlanacaq. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, TRT-nin keçirdiyi internet səsverməsi artıq yekunlaşıb. Səsvermədə ən çox səs toplayan 3 namizədin adı elan edilib. Bunlar “Manga” qrupu, Əmrə Aydın və Şəbnəm Fərahdır. Yaxın günlərdə TRT bu üç namizəd arasından birini seçəcək.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsi gələn ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək. Mayın 25-də və 27-də yarımfinal, 29-da isə final mərhələləri olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR