Bakıda Lyubov Uspenskayanın konserti keçirilib

Bakıda Lyubov Uspenskayanın konserti keçirilib
# 23 dekabr 2009 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 22-də Heydər Əliyev Sarayında Rusiya şansonunun ulduzlarından olan Lyubov Uspenskayanın konserti keçirilib. APA-nın məlumatına görə, təxminən iki saat davam edən konsert zamanı müğənni həm köhnə, həm də yeni albomunda yer almış mahnıları ifa edib. Bunların sırasında şansonsevərlərin tanıdığı “Kabriolet”, “Karusel”, “Edinstvennomu nejnomu”, “Nebo” və digər mahnılar da olub. Konsert boyu müğənnini Rusiyanın “Kabriolet” qrupu müşayiət edib.

Qeyd edək ki, L. Uspenskaya 1954-cü ildə Kiyevdə (Ukrayna) anadan olub. Doğuş zamanı anasını itirən L. Uspenskayanı nənəsi və atası böyüdüb. Kiyevdə musiqi məktəbini bitirən L. Uspenskaya burada ilk mahnılarını Qriqori Balberlə yazmağa başlayıb. O, 17 yaşında Ermənistana gedib və orada bir neçə il çalışdıqdan sonra Moskvaya yollanıb. 1978-ci ildə həyat yoldaşı Yuri Uspenski ilə İtaliyaya, 1990-cı ildə isə ABŞ-a (Los-Anceles) köçüb. Müğənni ilk albomunu (“Lyubimıy”) 1985-ci ildə yazıb. Həmin albom ona SSRİ-də və ABŞ-da populyarlıq qazandırıb. Daha sonra müğənni yenidən Moskvaya köçün və hazırda da orada yaşayır. L. Uspenskaya bir neçə dəfə “İlin şansonu” mükafatına layiq görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR