Tahir İmanov: “Bəzən səhnədə yumor şəklində göstərdiyimiz problemlər həll olunur” - FOTOSESSİYA

Tahir İmanov: “Bəzən səhnədə yumor şəklində göstərdiyimiz problemlər həll olunur” - <font color=red>FOTOSESSİYA </font>
# 02 aprel 2010 13:02 (UTC +04:00)
Proqramdan sonra əməkdar artist Elçin Həmidov, teatrın bədii rəhbəri və aktyor Tahir İmanov, 9 il fasilədən sonra yenidən səhnəyə qayıdan Azər Məmmədzadə və Bəhram Bağırzadə APA-nın suallarını cavablandırıblar.

Elçin Həmidov: “Məzi elə Məziliyində qalacaq”

“Özümüzün özümüzü tərifləməyimiz yaxşı çıxmaz, amma tamaşaçıların alqışlarından, gülüşlərindən hiss elədik ki, çıxışımızı çox bəyəndilər”. Bu sözləri APA-ya açıqlamasında əməkdar artist Elçin Həmidov deyib. Qadın obrazlarının mahir ifaçısı kimi tanınan və sevilən aktyor bunun üçün aktyor da xüsusi istedad tələb olunduğunu vurğulayıb: “Qadın obrazını yaratmaq xüsusi istedad tələb edir. Bunu hər aktyor edə bilməz. Gərək parodiya etdiyin insanı sevməlisən ki, onu layiqli parodiya edəsən. Bu məndə alınır və buna çox sevinirəm. 10-cu ildir bu kollektivdəyəm, hər konsertimiz anşlaqla keçir və bu da bizi xoşbəxt edir”. E. Həmidov canlandırdığı Məzi obrazı ilə bağlı “Məzi elə gələcəkdə də Məziliyində qalacaq” deyib, bu obrazda dəyişiklik nəzərdə tutulmadığını diqqətə çatdırıb.

Tahir İmanov: “Bəzən səhnədə yumor şəklində nümayiş etdirdiyimiz problemlər həll olunur”

Teatrın bədii rəhbəri, aktyor Tahir İmanov da APA-ya açıqlamasında ilk konsertlərinin uğurlu keçməsindən məmnunluğunu dilə gətirib: “Əslində ilk çıxışımızın bu qədər yüksək səviyyədə keçəcəyinə inanmırdım, çünki birinci gün adətən səhvlər olur, kimsə nəyisə yaddan çıxarır. Həyatımızda birinci dəfədir ki, ilk konsertimiz nöqsansız və problemsiz ötüşüb. Yəqin Azər Məmmədzadənin ayağı düşərli olub. Yaxşı dost köhnə dostdur, yaxşı aktyor köhnə aktyordur. Azərin böyük həyat və KVN təcrübəsi var”. Hər proqramlarında mövcud və qlobal problemləri komik formada işıqlandıran teatr kollektivinin bu problemləri qabartmasının nəticəsi olub. T. İmanov bəzən səhnədə qaldırdıqları problemlərin həll olunduğunu açıqlayıb: “Bəzən səhnədə göstərdiyimiz problemlər həll olunur. Əgər aktyorlar bu problemi səhnədə yumor çərçivəsində göstərirlərsə və bu problemlər həll olunursa, deməli əziyyətimiz hədər getmir. Deməli mən xoşbəxt insanam ki, dediklərim hansısa instansiyalara isə gedib çatır və orada həmin problemlər həll olunur”. Daima siyasətçilərin parodiyalarına yer ayıran T. İmanov Bakı meri Hacıbala Abutalıbovu bu proqramda da parodiya edilməsinin səbəbinə toxunub: “Haclbala Abıtalıbov bizim hədəfimizə tuş gəlmir, o bizim sevimli siyasətçilərimizdən biridir. Bütün problemləri bir məmurun üstünə atmaq olmaz, bu işləri o tək həll eləmir, onun ətrafı var axı. Asfalt çəkmək, ağac əkmək kimi işləri icra hakimiyyəti başçısı görmür, o tapşırıq verir, amma bu tapşırığı necə icra edirlər, artıq bu problemlər kiminsə boynunda qalır”.

Azər Məmmədzadə: “Yenidən səhnəyə qayıtdığıma görə sevinirəm”

“9 i ayrılıqdan sonra səhnəyə çıxmaq mənim üçün böyük xoşbəxtlik idi. Həyəcan hissi əlbəttə ki, var idi. Həyəcandan arada sözlərim də yaddan çıxdı. Amma ümumiyyətlə ilk konsertimiz çox yaxşı keçdi. Sevinirəm ki, yenidən səhnəyə qayıtmışam”. Bu sözləri isə APA-ya açıqlamasında 9 il bundan əvvəl səhnəni tərk edən və ötən gün tamaşaçıların qarşısına çıxan Azər Məmmədzadə deyib. Aktyor səhnəyə yenidən qayıtmağını Tahir İmanova borclu olduğunu etiraf edib: “Tahir hər il məni dəvət edirdi, sadəcə müəyyən səbəblərə görə özümü hazır hiss etmirdim və qayıtmırdım. Axır ki, bu il iştirak etməyi qərara aldım və bu qərara görə çox şadam. İnşallah bundan sonra daima məni səhnədə görəcəksiniz”.

Bəhram Bağırzadə: “Səhnədə heç vaxt yorulmuram, 8 dəqiqəlik yolu 40 dəqiqəyə gəlmək isə məni bezdirir”

Bəhram Bağırzadə də APA-ya açıqlamasında konsertdən çox razı qaldığını dilə gətirib və bundan dolayı əhval-ruhiyyəsinin əla olduğunu deyib: “Əminəm ki, tamaşaçılarımız da buradan gözəl əhval-ruhiyyə ilə ayrıldılar. Tahirin son monoloqu isə həqiqətən də düşündürücüdür. Mən istərdim ki, insanlar bunu dərindən düşünsünlər və bu cür səhvləri bizim məmləkətimizdə eləməsinlər. Hamımız yaxşı yaşayaq, can deyib can eşidək, sülh və əmin-amanlıq olsun”. B. Bağırzadə daha sonra onu narahat edən məsələlərə də toxunub: “Saatdan asılı olmayaraq səhnədə heç zaman yorulmuram. Məni ancaq məişət problemləri yorur. 8 dəqiqəlik yolu 40 dəqiqəyə gəlmək məni yorur, tıxaclar məni bezdirir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR