Azərbaycan təmsilçisinin “Eurovision-2010”da oxuyacağı mahnıya çəkilmiş klipin təqdimatı keçirilib - VİDEO

Azərbaycan təmsilçisinin “Eurovision-2010”da oxuyacağı mahnıya çəkilmiş klipin təqdimatı keçirilib - <font color=red>VİDEO</font>
# 29 aprel 2010 11:11 (UTC +04:00)
APA-nın məlumatına görə, klip ilk dəfə olaraq İctimai Televiziyada (İTV) bir neçə dəqiqə bundan əvvəl göstərilib. Klip artıq İTV-nin rəsmi internet saytında da yerləşdirilib. Ukraynada çəkilişləri aparılan bu klipdə dünyanın ən tanınmış mütəxəssisləri iştirak edib. “Drip drop” mahnısının müəllifləri isveçli Anders Bagge, Stefan Örn və Sandra Bjurmandır. Tanınmış prodüser Niklas Flikt isə bu mahnını aranjeman edib və mahnının prodüseridir. Klipin rejissoru Rubert Ueynaryt, Səfurə Əlizadənin xoreoqrafı JaGuel Nayt, stilisti və obrazı üzərində işləyən isə tanınmış Tanya Cilldir. Hər üç peşəkar S. Əlizadənin klip çəkilişi və hazırlığı üçün İTV, “Euromedia” və “Luxen Group of Companies” tərəfindən dəvət olunublar. Klipin çəkilişi ümumilikdə 37 saat davam edib. Klip mahnının adından da məlum olduğu kimi su damcısının göstərisi ilə başlayır. Klipin süjeti qarşılıqsız sevgi üzərində qurulub. Bütün xoreoqrafiya nömrəsi də qarşılıqsız sevgi üzərində qurulub. Burada həm modern, həm də urban üslubda rəqslərə üstünlük verilib. Klipdə Səfurə Əlizadəni ukraynalı rəqqaslar müşayiət edib. Klipdə təmsilçi iki geyimdən istifadə edib. Klipdə hovuzda sualtı görüntülər də yer alıb. Bu gün təqdim olunan klipi mütəxəssislər də yüksək qiymətləndirib, onun beynəlxalq standartlara uyğun çəkildiyini qeyd ediblər. Klipin yaxın müddətdə bir sıra ölkələrin telekanallarında da nümayişi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan təmsilçisi Səfurə Əlizadə “Eurovision-2010” mahnı müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında çıxış edəcək. O, 16 ölkə təmsilçisi ilə birgə finala çıxmaq uğrunda mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR