Azərbaycanda “Eurovision-2011” müsabiqəsinin seçimlərinə sentyabrda başlanacaq

Azərbaycanda “Eurovision-2011” müsabiqəsinin seçimlərinə sentyabrda başlanacaq
# 03 iyun 2010 13:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda “Eurovision-2011” mahnı müsabiqəsinin seçimlərinə bu ilin sentyabrından start veriləcək. APA-nın məlumatına görə, bunu “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. Onun sözlərinə görə, sentyabrda təmsilçinin seçim mərhələsinə başlanacaq, ancaq hələlik bu seçimlərin hansı formada aparılacağı məlum deyil: “Biz sizin vasitənizlə Azərbaycan bəstəkarlarına müraciət edirik ki, artıq buna hazırlaşsınlar. Gələn il biz müsabiqədə Azərbaycan bəstəkarının mahnısının səslənməsini arzulayırıq. Halbuki buna ötən il də çalışdıq, ancaq bəstəkarlarımız buna səy göstərmədilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR