Gürcüstanlı müğənni Sofo Nijaradze: “Çox sevinirəm ki, türk əsilliyəm” – FOTO

Gürcüstanlı müğənni Sofo Nijaradze: “Çox sevinirəm ki, türk əsilliyəm” – <font color=red>FOTO </font>
# 26 avqust 2010 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gürcüstanı “Eurovision-2010” mahnı müsabiqəsinə təmsil edən və doqquzuncu yeri qazanan Sofo Nijaradze türk əsillidir. Belə ki, müğənninin ata nənəsi türk olub. Bunu APA-ya açıqlamasında bu gün Azərbaycana səfərə gələn Sofo Nijaradzenin özü deyib.

S. Nijaradze türk qanı daşımasından məmnunluq duyduğunu və buna çox sevindiyini dilə gətirib: “Müsabiqədə iştirak etdikdən sonra türk qohumlarımı tapdım. Buna çox sevinirəm. Onların yanına bir neçə dəfə TÜrkiyəyə getmişəm və ora mənim çox xoşuma gəlir. Ancaq Türkiyədə daimi yaşamaq fikrində deyiləm, mənim üçün Gürcüstan daha doğmadır”.

“Eurovision”dan sonra həyatında və sənət fəaliyyətində çox şeylərin dəyişdiyini söyləyən sənətçi, məhz bu müsabiqədə iştirakdan sonra sənətlə daha peşəkar məşğul olmağa başladığını vurğulayıb.

Sofo türkiyəli müğənni Sərdar Ortacla duet ifa etdiyini də açıqlayıb. Onun sözlərinə görə, “Məni unut” adlanan duet mahnı artıq hazırdır və türk dilində hazırlanıb: “Türk dilində mahnı ifa etdikdən sonra dilimizin nə qədər yaxın olduğunu gördüm. İndi isə ürəyimdən Azərbaycan mahnısı ifa etmək keçir. Yəqin ki, bunu reallaşdırmaq mənim üçün çətin olmayacaq”.

Gənc müğənni bir neçə gün Bakıda qalmaq fikrindədir. Səfər çərçivəsində o, Azərbaycan İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) beş illik yubiley tədbirində iştirak edəcək: “Yubiley tədbirində iştirakdan əlavə, bu səfər çərçivəsində çox sevdiyim Azərbaycanda konsert verməklə bağlı danışıqlar aparmaq niyyətindəyəm. Azərbaycanda solo-konsert verməyi çox istəyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR