Azərbaycanda “Eurovision-2011” müsabiqəsi üçün milli seçim turu başlayır – FOTO

Azərbaycanda “Eurovision-2011” müsabiqəsi üçün milli seçim turu başlayır – <font color=red>FOTO</font>
# 04 oktyabr 2010 15:20 (UTC +04:00)
İTV-nin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqə tam olaraq “Eurovision” mahnı yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.

Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına güvənən şəxslər müsabiqəyə qatıla bilər. Müsabiqə iştirakçıları gözəl səsi, rəqs etmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidir. Bütün müraciət müəllifləri arasından yalnız 100 nəfər seçim turuna buraxılacaq.

Milli seçim turunda iştirak etmək istəyənlər oktyabrın 5-dən 15-dək Bakı şəhərində Şərifzadə küçəsi-241 ünvanında yerləşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Təşkilat Komitəsinə müraciət edə bilərlər. Hər iştirakçı 3 ədəd müxtəlif rakursdan çəkilmiş fotoşəkil, şəxsiyyət vəsiqəsinin surətini və tərcümeyi-halını əks etdirən xüsusi anketi təqdim etməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR