Türkiyəni “Eurovision-2011” müsabiqəsində “Yüksek Sadakat” rok qrupu təmsil edəcək – FOTO

Türkiyəni “Eurovision-2011” müsabiqəsində “Yüksek Sadakat” rok qrupu təmsil edəcək – <font color=red>FOTO </font>
# 04 yanvar 2011 08:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyəni Düsseldorfda (Almaniya) keçiriləcək 56-cı “Eurovision” yarışmasında “Yüksek Sadakat” rok qrupu təmsil edəcək. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyənin Avropa Yayımlar Birliyinin (EBU) üzvü və bu müsabiqədə ölkənin cavabdeh televiziya kanalı olan TRT qərar verib. Bir müddət təmsilçi kimi pop ifaçısı Atiyə Dənizin üzərində dayanılsa da, onun ifasının TRT-ni tam razı salmaması belə bir qərarın verilməsinə səbəb olub.

Qeyd edək ki, 1997-ci ildə fəaliyyətə başlayan “Yüksek Sadakat” rok qrupu 2005-ci ildən etibarən məhşurlaşmağa və sox sevilməyə başlayıb. Beş oğlandan ibarət olan qrupda Kənan Vural (vokal), Sərkan Özgən (gitara), Kutlu Özmakinacı (bass), Uğur Onatkut (keyboard) və Alpay Şalt (balaban) kimi tanınmış musiqiçilər təmsil olunur.

Xatırladaq ki, ötən il Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində də Türkiyə “MaNga” rok qrupu təmsil olunmuş və 39 ölkə arasında ikincilik qazanmışdı.

“Eurovision”un rəsmi ineternet saytında növbəti yeni xəbər təmsilçi ölkə olan Rumıniya ilə bağlıdır. Belə ki, Rumıniya da 2011-ci ildə Düsseldorfda keçirilən müsabiqədə təmsilçisini müəyyənləşdirib. Bu ölkəni “Eurovision- 2011”-də “Hotel FM” qrupu təmsil edəcək. Qrup 13 namizəd arasından ən çox səs toplayaraq təmsilçilik qazanıb. “Hotel FM” müsabiqədə “Change” mahnısı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR