Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün daha bir yarımfinal mərhələsi keçiriləcək

Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün daha bir yarımfinal mərhələsi keçiriləcək
# 04 yanvar 2011 08:31 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi, bədii və əyləncəli verilişlər departamentinin müdiri Natiq Abdullayev APA-ya verdiyi açıqlamasında bildirib ki, növbəti yarımfinal həftəsində 10 namizəd finala çıxmaq uğrunda mübarizə aparacaq. Yanvarın 10-dan 14-nə kimi 10 yarımfinalçı əvvəlki qayda ilə bacarıqlarını nümayiş etdirəcək, həftənin cümə günü, yəni yanvarın 14-də 50% tamaşaçı, 50% isə münsiflərin səsverməsi ilə finalda yarışacaq beş nəfər məlum olacaq. Bu mərhələ də İTV vasitəsi ilə canlı yayımlanacaq.

N. Abdullayev deyib ki, Azərbaycanın builki “Eurovision” təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlər Avropa Yayımlar Birliyinin (EBU) qaydalarına uyğun təşkil olunur. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçisinin seçilməsi üçün final mərhələsi fevralın ilk günlərində böyük konsert proqramı ilə baş tutacaq.

Final mərhələsində Azərbaycanı müsabiqədə təmsil edəcək şəxs beş nəfər arasından münsiflərin səsverməsi ilə seçiləcək. İTV rəsmisinin sözlərinə görə, son mərhələdə ancaq münsiflərin iştirakı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR