Ağır əməliyyat keçirən Çoşğun Rəhimov səhnəyə qayıdır

Ağır əməliyyat keçirən Çoşğun Rəhimov səhnəyə qayıdır
# 04 yanvar 2011 11:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında yeni “Bu şəhərdə” konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aktyorların bu səhnədə çıxışı 4 gün davam edəcək. Yenicə cərrahiyyə əməliyyatı olunan aktyor Çoşğun Rəhimov da tamaşaçıların qarşısına çıxacaq. Bu, onun əməliyyatdan sonra tamaşaçılarla ilk görüşü olacaq. Rəfael İsgəndərov, Çoşğun Rəhimov və Müşfiq Abbasov yeni proqramılarını martın 5-də, 6-da, 7-də və 8-də təqdim edəcəklər. Artıq satışa çıxarılan “Bu şəhərdə”nin biletlərinin qiyməti 16-80 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR